"Barselona"nın baş məşqçisi Hans-Diter Flik "İnter"in müdafiəçisi Alessandro Bastonini heyətində görməyə maraqlıdır.
QOL.az xəbər verir ki, Flik müdafiəçinin həm etibarlı oyunu, həm də hücum quruculuğundakı roluna görə onu əsas transfer hədəflərindən biri hesab edir. İnsayder Florian Plettenberqin məlumatına görə, Kataloniya klubu artıq 26 yaşlı futbolçunun nümayəndələri ilə ilkin danışıqlara başlayıb.
Bildirilib ki, bu transferin reallaşması üçün "Barselona"nın maliyyə imkanlarını artırması və heyətdən bəzi oyunçularla vidalaşması tələb olunur.
Qeyd edək ki, Bastoni cari mövsümdə 35 matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.