AZ

Bulvarda Milli Etalon Vaxtı göstərilir

Artıq Dənizkənarı Milli Park ərazisində yerləşən “Saat qülləsi”ndə Azərbaycanın Milli Etalon Vaxtı - UTC (AZ) əks olunur. Milli Etalon Vaxtı - UTC (AZ)-ın nümayişi ölkədə beynəlxalq səviyyədə təsdiqlənmiş dəqiq vaxtın göstərilməsini təmin edir, vətəndaşlara saatlarını buna uyğun şəkildə tənzimləmə imkanı verir. Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) məlumat yayıb. 

Bildirilib ki, bununla bağlı sözügedən qüllənin yaxınlığında ziyarətçilərin maarifləndirilməsi məqsədilə məlumatlandırıcı stend də quraşdırılıb.

“Saat qülləsi”ndə UTC (AZ)-ın göstərilməsi ölkədə beynəlxalq səviyyədə təsdiqlənmiş dəqiq vaxtın nümayişi ilə yanaşı, vətəndaşların saatlarını tənzimləyə bilməsi məqsədini daşıyır.

Seçilən
11
18
anews.az

10Mənbələr