Ayna saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Ömrün uzadılması” proqramının bir hissəsi olaraq AES şəbəkədən ayrılıb
Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası (AES) “Rosatom” ilə razılaşdırılan proqrama uyğun olaraq beş aylıq şəbəkədən ayrılıb. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan hökumət iclasında deyib.
Xudatyan bildirib: "Metsamor AES “ömrün uzadılması” proqramının bir hissəsi olaraq 1 aprel tarixindən etibarən beş aylıq fəaliyyətini dayandırıb".
Bu arada, Baş nazir Nikol Paşinyan ölkənin günəş enerjisi sayəsində enerji baxımından özünü təmin edə biləcəyini bildirib. O hesab edir ki, Ermənistan artıq elektrik enerjisi idxalına ehtiyac qalmayacağı bir vəziyyətə nail ola bilər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.