AZ

Bu cihazı ölkəyə gətirənlər 350 manat cərimələnəcək

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Azərbaycanda elektron siqaretlərlə bağlı qaydaların sərtləşdirilməsi bu məhsulların dövriyyəsinə ciddi məhdudiyyətlər gətirir. Aprelin 1-dən qüvvəyə minən dəyişikliklərə əsasən elektron siqaretlərin ölkəyə gətirilməsi, satışı və istifadəsi qadağan olunur ki, bu da həm istifadəçilər, həm də satıcılar üçün yeni reallıq yaradır.Hüquqşünas Şamil Paşayev Demokrat.az-a açıqlamasında bildirib ki, elektron siqaretlərlə bağlı məsələləri iki hissəyə ayırmaq olar:“Birinci məsələ onların istifadəsi ilə bağlıdır. Qadağan olunmuş yerlərdə, küçələrdə və digər ictimai məkanlarda elektron siqaretdən istifadə edən şəxslər 30 manat məbləğində cərimə ediləcəklər. Bu cür halları polis və digər hüquq-mühafizə orqanlarının əməkdaşları vizual müşahidə yolu ilə müəyyən edərək inzibati tədbir görə bilərlər. İkinci məsələ isə elektron siqaretlərin və onların komponentlərinin dövriyyəsi ilə bağlıdır. Belə ki, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və ya pərakəndə satışı, eləcə də satış məqsədilə saxlanılması qadağandır. Bu hallarda inzibati xətanın obyekti olmuş məhsullar müsadirə edilir”.Qaydaları pozan ticarətçilər və şirkətlər üçün daha ağır maliyyə sanksiyaları nəzərdə tutulub. Fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 2200 manatadək, hüquqi şəxslər isə 5000 manatadək cərimə oluna bilər. Eyni zamanda qanunsuz dövriyyədə olan bütün elektron siqaret məhsulları dövlət tərəfindən müsadirə ediləcək. Ekspert qeyd edir ki, idxal və istehsal zəncirinə nəzarət mexanizmləri digər inzibati xətalarla eyni qaydada həyata keçiriləcək.İsti“Bu qaydaların praktik tətbiqi digər inzibati pozuntuların aşkar edilməsi qaydasına uyğun həyata keçiriləcək. Yəni idxal, ixrac və istehsala nəzarət ediləcək, bu fəaliyyətlə məşğul olan fiziki, vəzifəli və ya hüquqi şəxslər aşkar edildikdə inzibati məsuliyyətə cəlb olunacaqlar”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
demokrat.az

1Mənbələr