AZ

Məşhur aktyorun vəfat səbəbi açıqlandı

Rusiyalı aktyor və rejissor Sergey Bıstritski vəfat edib.

Kulis.az xəbər verir ki, sənətçi xərçəngdən dünyasını dəyişib.

Mərhumun həyat yoldaşı bildirib ki, Bıstritski Ximki şəhərində dəfn olunacaq.

1986-cı ildə "VGIK"in aktyorluq fakültəsini bitirən Bıstritski burada Sergey Gerasimov və Tamara Makarovanın emalatxanasında təhsil alıb. O, kinoda debütünü isə 1979-cu ildə edib və “Mavi portret” filmində 13 yaşında rol alıb.

Aktyor həmçinin Rusiya Kinematoqrafçılar İttifaqının üzvü olub.

Qeyd edək ki, o, dublyajçı kimi də fəaliyyət göstərib.

Seçilən
54
29
kulis.az

10Mənbələr