AZ

İKTA: İnternet provayderlərin rəsmi saytları olmalıdır

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən aparılan monitorinqlər nəticəsində ölkəmizdə fəaliyyət göstərən bəzi internet telekommunikasiya xidməti göstərən operator və provayderlərin istehlakçılar üçün açıq və əlçatan rəsmi internet informasiya resursunun (veb-saytı) olmadığı müəyyən edilib.

İKTA-dan Xezerxeber.az-a bildirilib ki, mövcud vəziyyət istehlakçıların xidmət şərtləri ilə tanış olması, tariflər və ödənişlər barədə məlumat əldə etməsi, şikayət və müraciət mexanizmlərindən istifadə etməsi, texniki xidmət və kəsintilər barədə vaxtında məlumat alması imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.

İKTA bəyan edir ki, mövcud normativ aktlardan irəli gələrək, internet xidmət provayderləri istehlakçıya xidmət barədə zəruri, düzgün və dolğun məlumat verilməsini təmin etməli, xidmət şərtlərinin, texniki qulluq və istifadə qaydalarının açıqlığını və əlçatanlığını və istifadəçinin özünə dair informasiyaya çıxış hüququnu təmin etməlidirlər. Bu tələblərin effektiv icrası üçün provayderlərin rəsmi internet resurslarının mövcudluğu müasir və zəruri praktikadır.

Bu addımın məqsədi bazarda şəffaflığı artırmaq, istehlakçıların məlumatlı seçim imkanlarını genişləndirmək və xidmət göstərən subyektləri məsuliyyətli davranışa təşviq etməkdir.

Seçilən
13
8
xezerxeber.az

9Mənbələr