AZ

Azərbaycanda ŞOK xəstəlik yayılır – Sümüklərdə və…

Payız-qış mövsümünün dəyişməsi ilə Azərbaycanda əhali arasında boğaz ağrısı, şiddətli sümük sızıltısı və uzunmüddətli yorğunluqla müşahidə olunan xəstəlik halları artıb. Bir çoxlarının “yeni virus” adlandırdığı bu vəziyyətin əsl səbəbi və qorunma yolları məlum olub.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, müşahidə olunan simptomlar yeni bir virusla deyil, bir neçə infeksiyanın eyni vaxtda sirkulyasiyası ilə bağlıdır:

“Klassik qripdən fərqlənən adenoviruslar və rinoviruslar boğazda kəskin ağrı və uzunmüddətli halsızlıq yaradır. İnsanların sümük ağrısı kimi təsvir etdiyi hal isə əslində orqanizmin intoksikasiya əlamətidir. Virus bədəndə çoxaldıqca immun sisteminin ifraz etdiyi maddələr iltihab prosesini başladır və sinir uclarını qıcıqlandıraraq ağrı hissi yaradır”.

Təyyar
Təyyar Eyvazov

O bildirib ki, temperaturun kəskin dəyişməsi orqanizmin müdafiə baryerlərini zəiflədir:

“Bol maye qəbulu toksinlərin bədəndən xaric olmasını sürətləndirir. Lakin qızdırma 3 gündən artıq davam edərsə və ya tənəffüs çətinləşərsə, mütləq həkimə müraciət edilməlidir. İmmun sistemini bərpa etmək üçün vitamin balansı (xüsusilə D və C) və yuxu rejimi həlledici rol oynayır. Adətən tam sağalma 7-10 gün ərzində baş verir”.

Tunar
NOCOMMENT.az

Seçilən
28
nocomment.az

1Mənbələr