AZ

Türkiyəli məşhura ağır itki - FOTO

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbilə ağır itki üz verib. 


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, məşhurun bir müddətdir sağlamlıq problemləri yaşayan anası Yurdagül Eken 84 yaşında həyatını itirib.

Mehmet Ali Erbil illər əvvəl qatıldığı bir proqramda anası ilə olan münasibətini belə ifadə etmişdi:

"Övlad olaraq anam məni çox incidib, içimdəki sevgini bitirib. Anam paltarlarımı yumazdı, bir qonşumuz vardı ona yuduzdurardım. Başqa birinin yanında bizi aşağıladığını görürəm, bu çox acı bir şeydir. Bir televiziya proqramında bunlardan bəhs etdim, o da mənə küsüb, danışmadı. Bizi ögey atanın ayağına verdiyini görə-görə anamı heç vaxt sevə bilmədim".

Seçilən
8
manset.az

1Mənbələr