AZ

Hörmüz boğazında gərginlik artır

Avstraliya xarici işlər naziri Penni Vonq, Hörmüz boğazından "təhlükəsiz keçidin yenidən təmin edilməsini" istədiklərini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Vonq sosial media hesabından etdiyi paylaşımda Hörmüz boğazı mövzusunu Kanadanın xarici işlər naziri Anita Anand ilə müzakirə etdiyini qeyd edib.

Həmkarı ilə bölgədəki münaqişənin qlobal enerji bazarlarına təsiri barədə danışdığını bildirən Vonq: "Hamımız Hörmüz boğazından təhlükəsiz keçidin yenidən bərpa olunmasını və İran rejiminin boğazı girov saxlamasına son qoyulmasını istəyirik", - ifadəsini işlədib.

Seçilən
23
cebheinfo.az

1Mənbələr