AZ

"Çinar" süd məhsullarının şorundan çıxan ağ maddə nədir? AÇIQLAMA/VİDEO

ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

"Çinar" süd məhsulları müəssisəsinin istehsalı olan "İvanovalı" şor məhsulunun içindən qəribə formalı ağ maddə çıxıb.

Bakupost.az xəbər verir ki, bu barədə bir vətəndaş sosial mediada paylaşım edərək, ağ maddənin nə olduğunu bilmədiyini qeyd edib.

Mövzu ilə bağlı Bakupost.az-a açıqlamasında qida eksperti İlkin Şirinov bildirib ki, şorun içindən ağ rəngdə bərk maddənin çıxması narahatlıq yarada biləcək məsələdir:

“Çünki bu maddənin nə olduğu sual altındadır. Duz kristalları da, istehsal prosesində temperatur dəyişikliyi nəticəsində bərkiyən süd yağının bir hissəsi də ola bilər. Belə vəziyyətlər texnoloji prosesin düzgün aparılmaması, saxlama temperaturunun pozulması və digər səbəblərlə bağlı yaranır.

Lakin bu tip məhsullarda kənar maddələrin görünməsi birmənalı şəkildə belə qənaət yaradır ki, qablaşdırma və istehsal mərhələlərində, eləcə də ümumi keyfiyyətə nəzarətdə müəyyən problemlər mövcuddur”.

Ekspertin sözlərinə görə, bu hal normal hesab olunmur və mütləq araşdırılmalıdır:

“İlk növbədə istehsalçı müəssisənin fəaliyyəti yoxlanılmalıdır. Müəssisədə HACCP proqramının tətbiqi və ümumilikdə istehsala nəzarət mexanizminin necə qurulduğu araşdırılmalıdır.

Digər məsələ isə həmin maddənin qeyri-adi qoxuya malik olması və struktur baxımından sərt olmasıdır ki, bu da istehlakçıda yad cisim təəssüratı yaradır. Nəticədə müştəri məmnuniyyəti pozulur.

Burada satış nöqtəsinin edə biləcəyi xüsusi bir məsələ yoxdur. Çünki satış məntəqələrinin yoxlama mexanizmi mövcud deyil və məsuliyyət əsasən istehsalçının üzərinə düşür”.

Lalə, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
1
www.bakupost.az

2Mənbələr