AZ

Azərbaycan və Çili qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində əməkdaşlığı daha da inkişaf etdirəcək

Bakı, 2 aprel, AZƏRTAC

Çili Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Xuan Karlos Salazar Alvares Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) olub.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində əməkdaşlığın həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli əsasda uğurla davam etdirilməsindən məmnunluq ifadə olunub.

İdxal və ixrac prosedurları üzrə mövcud geniş potensial nəzərə alınaraq, bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün razılıq əldə olunub.

Seçilən
27
3
azertag.az

4Mənbələr