AZ

Avstriya: ABŞ-ın hərbi təyyarələrinə hava məkanı bağlanıb

Avstriya:

Vyana neytrallıq siyasətinə sadiq qalaraq, Yaxın Şərq münaqişəsi başlayandan bəri Vaşinqtonun ölkə ərazisi üzərindən hərbi uçuşlar həyata keçirmək hüququndan imtina edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avstriya Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Maykl Bauer AFP agentliyinə müsahibəsində bildirib.

"Sorğular həqiqətən daxil olub və lap başdan rədd edilib", — deyə polkovnik vurğulayıb.

Onun sözlərinə görə, Avstriya müharibə vəziyyətində olan hər hansı bir ölkəyə bu növ icazələrin verilməsindən imtina edir və ABŞ da bu məsələdə istisna deyil.

Məryəm Quliyeva

Seçilən
38
xalqcebhesi.az

1Mənbələr