AZ

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - FOTO

Əslən Naxçıvanın Şahbuz rayonundan olan Rüstəm Dilavər oğlu Mustafayev Ukraynada gedən döyüşlərdə həlak olub.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlılarının Diasporundan məlumat verilib.

Məlumata görə, Rüstəm Mustafayev Ukrayna ordusunun 128-ci əlahiddə dağ-hücum briqadasının 1-ci dağ-hücum batalyonunun tərkibində xidmət edib.

Onun Zaporojye vilayətində gedən döyüşlər zamanı həlak olduğu bildirilib.

Qeyd edək ki, Rüstəm Mustafayevin qardaşı da cəbhədə döyüşür.

Xatırladaq ki, martın 22-də könüllü döyüşçü Rəşad Fəzail oğlu Məmmədov da Rusiya-Ukrayna münaqişəsində həlak olub.

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - FOTO

Seçilən
14
5
moderator.az

6Mənbələr