AZ

Səidə illərdir danışdırmadığı anası və xalası ilə barışmasından DANIŞDI

Müğənni Səidə Dadaşova ailəsi ilə bağlı açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, ifaçı anası Sədaqət Dadaşova və xalası, Xalq artisti Brilliant Dadaşova ilə münasibətlərindən danışaraq, aralarında hər hansı ciddi küskünlüyün olmadığını bildirib.

O, qeyd edib ki, bu məsələ bəzi insanlar tərəfindən şişirdilir: "Mən küsülü deyildim, bu qədər böyütməyə ehtiyac yoxdur. Onlar mənə yad insanlar deyil".

Səidə Dadaşova bildirib ki, övladı nənəsinin yanında olarkən onu götürmək üçün gedib: "Həyat yoldaşımın işi var idi, dedi ki, sən get, ananla bayramlaş, əlini öp. Burada qeyri-adi nə var ki? Anamdır, əli də öpüləsidir".

İfaçı valideynlərinə bağlılığından da söz açıb. İfaçı vurğulayıb ki, anası sağ olduqca özünü övlad kimi hiss etmək istəyir: "Atamın itkisi məni çox sarsıtdı. Valideynlərimi itirmək istəmirəm. Atama bağlılığım bilinirdi, amma heç vaxt unudulmamalıdır ki, məni dünyaya gətirən anam var".

Onun bu açıqlamaları sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Hüseyn
Milli.Az

Seçilən
22
milli.az

1Mənbələr