AZ

"Real"da ciddi itki: "Bayern"lə oyunda olmayacaq

“Real”ın yarımmüdafiəçisi Cud Bellinqem qarşıdakı La Liqa oyununda “Malyorka”ya qarşı və Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında “Bayern” ilə görüşdə start heyətində yer almayacaq.

Publika.az xəbər verir ki, bu barədə "Diario AS" məlumat yayıb.

İngiltərəli futbolçu bir neçə həftəlik zədədən sonra “Atletiko” ilə oyunda meydana qayıtsa da, hələ tam hazır vəziyyətdə deyil.

Baş məşqçi Alvaro Arbeloa 22 yaşlı yarımmüdafiəçinin durumuna maksimum diqqətlə yanaşır və onu tam bərpa olunana qədər əsas heyətə daxil etməyi planlaşdırmır.

Bellinqem son beynəlxalq fasilə zamanı İngiltərə millisinin düşərgəsinə qoşulsa da, heç bir oyunda iştirak etməyib.

Seçilən
41
publika.az

1Mənbələr