AZ

Ağcabədi sakinlərinin NƏZƏRİNƏ: Sabah saat 10:00-dan etibarən...

Ağcabədi şəhərində aprelin 3-ü saat 10:00-dan 9 584 abonent qaz təchizatı daxildən dayandırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, buna səbəb Ağcabədi qazpaylayıcı stansiyasında qidalanan daşıyıcı qaz kəməri üzərində qaz tənzimləyici şkafın quraşdırılması və Xəyal Həsən oğlu Həsənova məxsus obyektin qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsidir.

Qaz təchizatı təmir-quraşdırma işləri başa çatdıqdan sonra bərpa ediləcək.

Bizim.Media

Seçilən
18
11
bizim.media

10Mənbələr