Şeremetyevo hava limanında Çin vətəndaşından marixuana aşkar edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti (FTS) məlumat yayıb.
Şeremetyevo hava limanında Çin vətəndaşı olan bir sərnişinin baqajında aparılan yoxlama zamanı gizlədilmiş marixuana bankası aşkar edilib.
Qadağan olunmuş maddə əşyaların arasında xüsusi şəkildə gizlədilmişdi.
Saxlanılan əcnəbi vətəndaş marixuananı bel ağrısı üçün dərman kimi istifadə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Qanunsuz narkotik dövriyyəsi ittihamı ilə qadını 20 ilədək həbs cəzası və 1 milyon rubla (təxminən 21 400 manat) qədər cərimə gözləyir.
Xuraman Etibarlı
İnterpress.az