AZ

Makrondan ailəsi ilə bağlı danışan Trampa REAKSİYA

Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın özü və ailəsi ilə bağlı etdiyi açıqlamalara reaksiya verib. 


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Makron Trampın sözlərinin cavab verməyə dəyər olmadığını qeyd edib.

Makron bunları iki günlük rəsmi səfəri çərçivəsində Cənubi Koreyanın paytaxtı Seulda deyib.

Makron Trampın özü və həyat yoldaşı Brijit Makron barədəki sözlərinin cavab verilməyə dəyər olmadığını vurğulayaraq, "Bugün çox ciddi mövzulardan danışırıq. Müharibədə olan qadın və kişilərdən, öldürülən mülki vətəndaşlardan, bölgədə davam edən müharibədən danışırıq. Bu müharibənin iqtisadiyyatlarımız üzərindəki təsirlərindən danışırıq. Mən vətəndaşlarımızı düşünürəm, amerikalılar da eyni şeyləri yaşayır. Yanacaq və qaz qiymətləri artır. Eşitdiyim sözlər, söylədiyiniz sözlər nə xoşdur, nə də səviyyəlidir" - deyib.

Seçilən
16
manset.az

1Mənbələr