AZ

Kremldə gərgin anlar: Putin Paşinyanın bu addımını gözləmirdi

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiya Prezidenti Vladimir Putin Kremldə Ermənistan nümayəndə heyətini qəbul edərkən Cənubi Qafqazda sülhün bərqərar olunmasını təqdir etdiyini bildirib. Putin iki ölkə arasında münasibətlərin Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin səyləri sayəsində sabitləşdiyini vurğulayıb.

Rusiya lideri həmçinin Ermənistanda keçiriləcək parlament seçkilərinə diqqət çəkib və burada rusmeyilli qüvvələrin iştirakını dəstəklədiyini vurğulayıb.

Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, Putin və Paşinyan arasında baş tutan söz dueli müəyyən mənada real vəziyyəti əks etdirir:

“Yəni Rusiya Ermənistandakı proseslərə biganə deyil, əksinə, maraqlarını artırır. Bu da təbiidir. Seçki öncəsi bütün maraq qrupları aktivləşir. Digər tərəfdən, onlar çalışırlar ki, elektoratı öz tərəflərinə çəksinlər. Amma Paşinyan dünən açıq şəkildə hücuma keçdi. Hətta bunu əks-hücum da adlandırmaq olar. O bildirdi ki, Rusiyanın istənilən müdaxiləsi yersizdir.

Rusiyanın siyasəti, əslində yeni deyil. Moskva Ermənistana müdaxilə etmək istəyirsə, əvvəlcə buna imkan yaradır. Keçmiş prezident Robert Köçəryan, erməni əsilli rusiyalı biznesmen Samvel Karapetyan kimi şəxsləri birbaşa Kreml dəstəkləyir. Paşinyan isə açıq şəkildə bildirir ki, İrəvanın planları Moskva ilə üst-üstə düşmür. O, artıq heç nəyi gizlətmir və Avropaya inteqrasiya siyasətini davam etdirir.

Tofiq Abbasov

Rusiya isə indiki məqamda Ermənistanla bağlı mövqeyini konkretləşdirməlidir. Çünki özünün də vəziyyəti yaxşı deyil. Dünyada Rusiyaya qarşı böyük təzyiq və mənfi münasibət mövcuddur. Kreml bunu nəzərə almalıdır. Hazırda qonşu ölkələrdə müəyyən qrupları maliyyələşdirməklə və arxaik ideyaları təbliğ etməklə ciddi nəticə əldə edə bilməyəcək.

Avropa İttifaqı da bənzər yanaşma sərgiləyir. Bu baxımdan, iki güc arasında ciddi fərq yoxdur. Müəyyən mənada Çin daha fərqli mövqe nümayiş etdirir. Hesab edirəm ki, Paşinyan dünənki dueldə taktiki baxımdan qələbə qazandı”.

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
52
globalinfo.az

1Mənbələr