AZ

Qanlı Göl ərazisi şəhər parkı konsepsiyasında abadlaşdırılacaqFOTO

Yasamal rayonu ərazisində yerləşən və uzun illər “Qanlı göl” kimi tanınan su hövzəsinin ətrafında genişmiqyaslı abadlaşdırma və yenidənqurma işlərinin həyata keçirilməsi planlaşdırılır. Hazırlanan yeni layihəyə əsasən, gölün ətrafı müasir şəhər parkı konsepsiyası əsasında yenidən təşkil olunacaq.

https://youtu.be/6cYypYOkKBk?si=mC-owa1v-JjREiK7

 Untitled-2-02.jpg

Son illər görülən tədbirlər nəticəsində ərazidə geniş təmizləmə işləri aparılıb. Xüsusi texnikaların cəlb olunması ilə tullantılar ərazidən kənarlaşdırılıb, eyni zamanda suyun çirklənmə mənbələrinin qarşısı alınıb. Bu işlər nəticəsində gölün ekoloji vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.

Ətraf ərazilərdə yaşayış massivlərinin inkişafı ilə bu məkan urban mühitin vacib hissəsinə çevrilib və rekreasiya potensialının reallaşdırılması üçün əlverişli şərait yaranıb.

 Untitled-2-03.jpg

Yeni layihəyə əsasən, gölün perimetri boyunca fasiləsiz piyada və velosiped yolları salınacaq, müşahidə platformaları və sahilboyu istirahət zonaları yaradılacaq. Ərazidə geniş yaşıllaşdırma işləri aparılacaq, sahil xətti möhkəmləndiriləcək və müasir işıqlandırma sistemi qurulacaq.

Bununla yanaşı, layihə çərçivəsində açıq hava idman zonaları, mini futbol və tennis meydançaları, ailəvi istirahət məkanları təşkil olunacaq. Sahil boyunca pavilyon tipli iaşə və xidmət obyektlərinin yerləşdirilməsi də nəzərdə tutulur.

 Untitled-2-04.jpg

Qeyd edək ki, abadlaşdırma layihəsinin icrası “Kristal” şirkətinə həvalə olunub. Layihənin əsas məqsədi göl ətrafını təhlükəsiz, əlçatan və ekoloji baxımdan dayanıqlı ictimai məkana çevirməkdir.

 Untitled-2-05.jpg

Planlaşdırılan işlərin tamamlanmasından sonra bu məkanın şəhər sakinləri üçün müasir və cəlbedici istirahət zonalarından birinə çevriləcəyi gözlənilir.

Seçilən
10
11
ekologiya.az

10Mənbələr