AZ

“Zeynəbiyyun” Bəlucistanda postlar qurdu

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Pakistanlı şiələrdən ibarət SEPAH-a bağlı “Zeynəbiyyun” qüvvələri Sistan və Bəlucistan əyalətinin Rask bölgəsində nəzarət məntəqələri qurublar.

Axar.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.

Postlarda İran hərbçilərinin olmadığı və pakistanlı proksi qüvvələrin bölgənin təhlükəsizliyinə nəzarət etmək üçün buna əl atdıqları bildirilib.

Bundan əvvəl isə əyalətin başqa bir neçə yerində əfqanistanlı şiələrdən ibarət “Fatimiyyun” proksi qüvvələrinin də postlar qurduğu barədə məlumatlar yayılıb.

Bu, İranın cənub-qərbində yerləşən Xuzistan əyalətinə İraqda fəaliyyət göstərən Həşd əş-Şəbi silahlı qruplaşması üzvlərinin gətirilməsi ilə eyni vaxtda baş verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
axar.az

1Mənbələr