İtaliya millisində baş məşqçi dəyişikliyi gözlənilir.
İdmanxeber.az-ın məlumatına görə, Cennaro Qattuzonun ayrılacağı ehtimal olunur. Onun yerinə əsas namizəd kimi hazırda işsiz olan Stefano Pioli göstərilir.
Siyahıda həmçinin Vinçentso Montella, Antonio Konte və Massimiliano Alleqri də var.
Qeyd edək ki, İtaliya yığması ardıcıl üçüncü dəfə dünya çempionatından kənarda qalıb.