AZ

"İranın hərbi istehsalı düşmənlərin bilmədiyi məkanlarda həyata keçirilir" - İranın sözçüsü

İranın Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü bildirib ki, ölkənin strateji raket, pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə istehsal sahələri ABŞ və İsrail üçün əlçatmazdır.

Redaktor.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.

Sözçü qeyd edib ki, İranın hərbi istehsalı düşmənlərin bilmədiyi məkanlarda həyata keçirilir və bu ərazilərə onların çıxışı mümkün deyil.

O vurğulayıb ki, ABŞ və İsrailin İranın hərbi imkanları barədə kəşfiyyat məlumatları natamamdır və ölkənin geniş strateji potensialından xəbərsizdirlər.

Sözçü əlavə edib ki, strateji raket istehsalı mərkəzlərini, uzaqmənzilli dronları, müasir hava hücumundan müdafiə sistemlərini və digər hərbi obyektləri hədəfə almaq cəhdləri səhvdir və vurulduğu iddia edilən obyektlər əhəmiyyətsizdir.

Həmçinin bildirilib ki, İranın raket və dron arsenalını qiymətləndirmək cəhdləri nəticəsiz qalacaq və təcavüzkarlar bu hərəkətlərinin nəticəsini ödəyəcəklər.

Sonda sözçü vurğulayıb ki, İranın cavabları getdikcə daha güclü və dağıdıcı olacaq və münaqişə düşmənlər təslim olana qədər davam edəcək.

Aminə ŞAHSUVARQIZI

Seçilən
10
1
redaktor.az

2Mənbələr