O öz çıxışında deyib: “Biz əməkdaşlığa, azad və ədalətli ticarətə inanırıq”. Makron qeyd edib ki, mövcud geosiyasi şəraitdə tərəfdaşlarla münasibətlərdə qeyri-müəyyənliklər artır və bu səbəbdən əməkdaşlıq dairəsini genişləndirmək vacibdir. Fransa prezidentinin sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı hücumları ilə başlayan gərginlik fonunda Paris beynəlxalq hüququn və sabitliyin tərəfdarıdır. O, bölgədə gərginliyin azaldılması və atəşkəsin təmin olunmasının vacibliyini vurğulayıb.
Makron əlavə edib ki, Hörmüz boğazında gəmiçilik azadlığı bərpa olunmalıdır:
“Bu gün həm vətəndaşlarımız, həm də biz bu müharibənin təsirlərini hiss edirik”.