AZ

Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv olunub

Dövlət Turizm Agentliyi Azərbaycanda 4 hotelin ulduz kateqoriyasını ləğv edib.

Məlumata görə, ləğv qərarı 3 ulduzlu hotellərə şamil olunub.

Beləliklə, ölkədə ulduz kateqoriyalı hotellərin sayı 283-dən 279-a düşüb.

Ulduz kateqoriyası ləğv olunmuş hotellərdən ikisi Bakıda, ikisi isə regionda yerləşir.

Hazırda Azərbaycanda 23 hotel 5 ulduzlu, 43 hotel 4 ulduzlu, 97 hotel 3 ulduzlu, 84 hotel 2 ulduzlu, 32 hotel isə 1 ulduzludur.

Təkcə Bakıda yerləşən ulduzlu hotellərin sayı 206-dır ki, bu da ölkə üzrə mövcud ulduz kateqoriyalı hotellərin təxminən 74 %-ni təşkil edir.

İş elanları AzVak.az-da

© "Report"

Dövlət Turizm AgentliyiAzərbaycan hotelləriAzərbaycanda hotellərhotel ulduz kateqoriyasıhotel ulduzlarının ləğvi3 ulduzlu hotellərAzərbaycanda turizm sektoruBakı hotelləriregion hotelləriAzərbaycanda 5 ulduzlu hotellərAzərbaycanda 4 ulduzlu hotellərAzərbaycanda 3 ulduzlu hotellərAzərbaycanda 2 ulduzlu hotellərAzərbaycanda 1 ulduzlu hotellərAzərbaycan turizm statistikasıBakı turizm sektoruAzərbaycanda hotel sayıhotel reytinq sistemihotel sertifikatlaşdırılmasıAzərbaycan turizm bazarı
Seçilən
19
8
marja.az

9Mənbələr