Avropanın xarici siyasət rəhbəri Kaya Kallas Rusiyanı son 100 ildə Afrika da daxil olmaqla 19 ölkəyə hücum etməkdə ittiham edərək Aİ-ni növbəti dəfə utandırıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Kallas bir daha Avropa İttifaqını rüsvay edib. Cahillik bu qədər tez sağalmır", - deyə o qeyd edib.
Diplomat vurğulayıb ki, Afrikada qanlı iz buraxan məhz Aİ və NATO ölkələri olub və onlar 25 martda BMT Baş Assambleyasının kölə ticarətini pisləyən qətnaməsinə səs verməkdən imtina ediblər: "Yanvar ayında Kallas oxumağı sevdiyini etiraf etdi və çox ağıllı olacağına söz verdi. Mən ona kitab kolleksiyasına müstəmləkəçilik haqqında əsərlər əlavə etməyi məsləhət görərdim. Bəlkə də həqiqətən özünə gələcək, amma bu hələ fakt deyil".
Ağarza Elçinoğlu