AZ

Düyü yeyəndə şəkəriniz qalxmasın: Bunu etmək kifayətdir

Düyü bir çoxumuzun imtina edə bilmədiyi əsas qidalardan biri olsa da, yüksək qlisemik indeksi səbəbindən qan şəkərini sürətlə yüksəldə bilir. Lakin bəzi sadə üsullarla düyünü daha sağlam hala gətirmək mümkündür.

 

Pravda.az həmin üsulları təqdim edir:

 

Düyünü soyudun: Bişmiş düyünü soyutmaq onun tərkibindəki nişastanı "davamlı nişasta"ya çevirir. Bu nişasta növü həzm olunmadan bağırsaqlara keçir və qan şəkərinin qəfil yüksəlməsinin qarşısını alır.

 

Yağ və lif əlavə edin: Düyünü təkbaşına deyil, zeytun yağı, kərə yağı və ya bol tərəvəzlə birlikdə istehlak etmək karbohidratın sorulmasını yavaşladır.

 

Sirkənin gücü: Bişirmə zamanı və ya yeməyin yanında sirkə (xüsusilə alma sirkəsi) istifadə etmək insulinin həssaslığını artırır və şəkərin stabilləşməsinə kömək edir.

 

Düyü bişirildikdən sonra ən az 12 saat soyuducuda saxlanılıb yenidən qızdırıldıqda, kalori dəyəri azalır və qlisemik yükü xeyli aşağı düşür. Bu üsul xüsusilə çəki nəzarəti edənlər və şəkər xəstələri üçün effektivdir.

 

Əminə Bayramova

Tarix: 2 Aprel 2026, 15:58   
Seçilən
17
pravda.az

1Mənbələr