Rumıniya Futbol Federasiyası milli komandanın baş məşqçisi Mirça Luçeskunun vəzifəsindən ayrıldığını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Təcrübəli mütəxəssisin rəhbərliyi altında Rumıniya yığması DÇ-2026-nın pley-off mərhələsində Türkiyə millisinə 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, Luçeskunun ikinci məşqçilik dönəmində Rumıniya yığması 11 qələbə qazanıb, 1 heç-heçə edib və 6 dəfə uduzub.