AZ

Ankara Montrö Konvensiyası ilə bağlı güzəştə getməyəcəyini açıqlayıb

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 2 aprel, AZƏRTAC

Türkiyə Qara dənizdə təhlükəsizliyin təmin edilməsi tədbirlərinin bir hissəsi olaraq boğazlar barədə Montrö Konvensiyası ilə bağlı güzəştə getməyəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyinin nümayəndəsi Ankarada jurnalistlər üçün keçirilən brifinqdə deyib.

“Türkiyənin Qara dənizlə bağlı fundamental strategiyası regional məsuliyyət prinsipi ilə Montrö Konvensiyası arasında hər hansı bir güzəşti istisna edir. Türkiyənin Qara dənizlə bağlı təhlükəsizlik anlayışı konvensiya ilə təmin edilən tarazlığın və sabitliyin qorunmasına, regional dövlətlərin aparıcı roluna əsaslanır. Məhz bu yanaşma sayəsində Qara dəniz hazırda genişmiqyaslı münaqişə zonasına çevrilməyib”, - deyə nazirlik nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Ukrayna böhranının başlanğıcından bəri Türkiyə konvensiyanın müddəalarını qətiyyətlə tətbiq edərək münaqişənin dəniz zonasına yayılmasının qarşısını alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
azertag.az

2Mənbələr