AZ

Şöhrət Süleymanlıya vəzifə verildi

Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) yeni təyinat olub.

Publika.az "Report"a istinadən xəbər verir ki, Şöhrət Süleymanlı Agentliyin Beynəlxalq əlaqələr və strateji planlaşdırma şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.

O, 2024-cü ilin aprel ayından 2026-cı ilin aprel ayına qədər MİDA-da Beynəlxalq əlaqələr və investisiyaların təşviqi sektorunun rəhbəri vəzifəsində çalışıb, eyni zamanda 2024-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) pedaqoji fəaliyyətlə məşğuldur.

Ş. Süleymanlı 2015-2019-cu illərdə UNEC-də Dünya iqtisadiyyatı ixtisası üzrə, 2017-2018-ci illərdə Türkiyənin Hacettepe Universitetində Beynəlxalq əlaqələr ixtisası üzrə bakalavr təhsili alıb, 2019-2022-ci illərdə Türkiyənin Orta Doğu Teknik Universitetində (ODTÜ) İqtisadi-riyazi modelləşdirmə ixtisası üzrə magistr dərəcəsi əldə edib.

Seçilən
20
17
publika.az

10Mənbələr