Avropa Birliyi diplomatiya rəhbəri Kaja Kallasın sözlərinə görə, ABŞ prezidenti Donald Trampın NATO ilə bağlı şikayətləri onun Şimali Atlantika Alyansını zəiflətmək planının bir hissəsi ola bilər.
“Bu, həll edə biləcəyimiz real bir şikayətdir, yoxsa sadəcə uzun müddətdir planlaşdırılan bir şeyi etmək üçün bir bəhanədir?”
Tramp daha əvvəl “The Telegraph” qəzetinə verdiyi açıqlamada alyansın İrana qarşı əməliyyata kömək etməkdən imtina etməsindən sonra ABŞ-ın NATO-dan çıxmasını ciddi şəkildə nəzərdən keçirdiyini bildirmişdi .
ABŞ dövlət katibi Marko Rubio qeyd edib ki, ABŞ NATO-nun ölkə üçün rolunu və əhəmiyyətini yenidən nəzərdən keçirməlidir .