AZ

Dünya çempionu sıraya dönür

ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Manuel Noyerin səhhəti ilə bağlı növbəti xəbər yayılıb."Football-plus.az" xəbər verir ki, “Bavariya”nın təcrübəli qapıçısı sol baldır əzələsindəki zədəsini sağaldıb. “Bild” nəşrinin məlumatına görə, almaniyalı futbolçu Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Real”a qarşı keçiriləcək ilk oyunda iştirak edə biləcək. 40 yaşlı qapıçı zədədən sonra meydana ilk dönüşünü aprelin 4-də bundesliqanın 28-ci turunda “Frayburq”la matçda da edə bilər. Bununla yanaşı, Münhen təmsilçisinin ikinci qapıçısı Yonas Urbiqin də sağ dizindəki müalicəsini tezliklə başa vuracağı və “Real” ilə matça hazır olacağı bildirilir. “Real” – “Bavariya” oyunu aprelin 7-də keçiriləcək.Xatırladaq ki, dünya çempionu olan Manuel cari mövsümdə “Bavariya”nın heyətində bütün turnirlər daxil olmaqla 29 oyuna çıxıb, 27 qol buraxıb və 10 dəfə qapısını toxunulmaz saxlayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
3
icma.az

4Mənbələr