AZ

TDT Orta Dəhlizin inkişafına dəstək ifadə edib

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçıları Bakıda keçirilən iclasın yekunu üzrə Orta Dəhliz də daxil olmaqla regional nəqliyyat marşrutlarının inkişafına dəstək ifadə ediblər.

"Far.Az" xəbər verir ki, bu barədə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşünun sonunda qəbul edilmiş birgə bəyanatda deyilir.

Sənədə əsasən, görüş iştirakçıları innovasiya, rəqəmsal transformasiya və süni intellektin iqtisadi inkişaf üçün strateji əhəmiyyətini qeyd edib və bu sahələrdə əməkdaşlığın genişləndirilməsini dəstəkləyiblər;

"Kosmik texnologiyaların artan əhəmiyyətini nəzərə alaraq, bu sahədə birgə təşəbbüslərin təşviqini, nəqliyyat dəhlizlərinin inkişafını və rəqəmsal əlaqələndirmə infrastrukturunun inteqrasiyasını dəstəkləyirik", - bəyanatda qeyd olunub.

Bundan başqa, tərəflər Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə əməkdaşlıq haqqında sazişin əhəmiyyətini vurğulayıblar.

Seçilən
12
3
far.az

4Mənbələr