AZ

Dünya çempionu sıraya dönür

Manuel Noyerin səhhəti ilə bağlı növbəti xəbər yayılıb.

"Football-plus.az" xəbər verir ki, “Bavariya”nın təcrübəli qapıçısı sol baldır əzələsindəki zədəsini sağaldıb. “Bild” nəşrinin məlumatına görə, almaniyalı futbolçu Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Real”a qarşı keçiriləcək ilk oyunda iştirak edə biləcək. 40 yaşlı qapıçı zədədən sonra meydana ilk dönüşünü aprelin 4-də bundesliqanın 28-ci turunda “Frayburq”la matçda da edə bilər. Bununla yanaşı, Münhen təmsilçisinin ikinci qapıçısı Yonas Urbiqin də sağ dizindəki müalicəsini tezliklə başa vuracağı və “Real” ilə matça hazır olacağı bildirilir. “Real” – “Bavariya” oyunu aprelin 7-də keçiriləcək.

Xatırladaq ki, dünya çempionu olan Manuel cari mövsümdə “Bavariya”nın heyətində bütün turnirlər daxil olmaqla 29 oyuna çıxıb, 27 qol buraxıb və 10 dəfə qapısını toxunulmaz saxlayıb.

Seçilən
4
3
football-plus.az

4Mənbələr