AZ

Belarus müharibə istəmir, lakin hazırlaşır - Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin müharibə istəmədiyini, lakin mümkün təhlükələrə qarşı hazırlaşdığını bildirib.

Missiya.Az xəbər verir ki, bu barədə Belta məlumat yayıb.

Onun sözlərinə görə, silahlı qüvvələrin yaradılması və saxlanılması məhz təhlükəsizliyin təmin olunmasına xidmət edir.

“Biz müharibənin qəti əleyhinəyik. Xüsusilə zabitlərimiz, əsgərlərimiz və Silahlı Qüvvələr müharibənin nə olduğunu bilir. Biz müharibə istəmirik, amma ordu bunun üçündür. Əgər kimsə bizimlə güc dili ilə danışmaq istəsə, biz cavab verəcəyik və buna hazırlaşırıq”, – deyə Lukaşenko vurğulayıb.

O əlavə edib ki, Belarus müdafiə qabiliyyətini gücləndirməyə davam edir.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
20
missiya.az

1Mənbələr