AZ

“Hollivud düşüncənizi elə korlayıb ki...”

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

“250 illik tarixə malik ABŞ 6 min ildən çox yaşı olan sivilizasiyanı təhdid edir”. 

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu sözləri İranın İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi-kosmik qüvvələrinin komandanı Məcid Musəvi “X” hesabında yazıb. 

“Hollivud illüziyaları düşüncənizi elə korlayıb ki, 250 illik tarixinizlə 6 min ildən çox yaşı olan sivilizasiyanı təhdid edirsiniz”, - o bildirib.

ABŞ Prezidenti Donald Trampın və müharibə naziri Pit Heqsetin İranı daş dövrünə qaytaracaqları ilə bağlı bəyanatlarına da toxunan Musəvi Tehranın deyil, məhz Vaşinqtonun öz hərbçilərini məzar daşının altına göndərdiyini deyib. 

Xatırladaq ki, daha əvvəl Donald Tramp Ağ Evdə xalqa müraciəti zamanı “Epik Qəzəb Əməliyyatı” çərçivəsində həyata keçirilən hücumlarla İranı aid olduğu yerə - daş dövrünə qaytaracaqlarını bəyan edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
1
cebheinfo.az

2Mənbələr