AZ

Makronun Cənubi Koreyaya səfəri başlayıb

Fransa Prezidenti Emmanuel Makron Cənubi Koreyaya rəsmi səfər edib.

Missiya.Az xəbər verir ki, iki günlük səfər çərçivəsində Makronun Cənubi Koreya Prezidenti Lee Jae-myung ilə zirvə görüşü planlaşdırılır. Bundan əlavə, Fransa Prezidenti Koreya müharibəsində həlak olmuş fransız əsgərlərinin xatirəsini anmaq üçün müharibə abidəsini ziyarət edəcək.

Səfər proqramına həmçinin iqtisadi forumda iştirak, eləcə də K-pop ulduzları və Cənubi Koreyalı rejissorlarla şam yeməyi daxildir.

Qeyd edək ki, bundan əvvəl Emmanuel Makron Yaponiyaya səfər etmişdi. Tokyo şəhərində o, Baş nazir Sanae Takaichi ilə danışıqlar aparıb, həmçinin imperator cütlüyü ilə görüşüb.

Səfərin yekununda əsas mineral ehtiyatlar və müdafiə sahəsində əməkdaşlığı nəzərdə tutan yol xəritəsi imzalanıb.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
26
missiya.az

1Mənbələr