AZ

Bayram günləri məzuniyyət günlərinə aid edilirmi?

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

İş münasibətlərində bəzən belə də olur ki, işçinin götürdüyü məzuniyyət bayram günlərinə düşür.

Belə olduqda isə, bəzən narazılıq yaranır.

Maraqlıdır, qanun bu barədə nə deyir?

Bayram günləri məzuniyyətdə aiddirmi?

Bu barədəGununsesi.info-ya hüquqşünas Şamil Paşayev danışıb.

O bildirib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə məzuniyyət dövrünə düşən iş günü hesab olunmayan bayram günləri məzuniyyətə daxil edilmir.

“Həmin günlərə görə ödəniş də edilmir.Son dəyişikliklərə görə, bayram günü məzuniyyətə düşərsə, məzuniyyət günlərindən sayılmır. Amma məzuniyyət həmin günlərin sayı qədər uzadılır. Sadə izahla belə deyə bilərik. Məsələn, 10 günlük məzuniyyət götürmüsən, arada 2 gün bayram var. Sən 10 gün deyil, faktiki olaraq 12 gün istirahət edirsən, çünki o 2 gün sayılmır və əlavə olunur”,- deyə o qeyd edib.

Orxan

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
icma.az

1Mənbələr