AZ

Azərbaycan siyasəti məhz bu fəlakətlərin qarşısını almağa yönəlib - Ekspert

Yazını böyüt
Yazını kiçilt

"Azərbaycanın regional və qlobal siyasəti diplomatik, mədəni, həm də humanitar əsaslarla qurulur və ölkə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, sülh və dialoqun tərəfdarı kimi öz mövqeyini möhkəmləndirmək niyyətindədir".

Bunu Hafta.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli deyib. Onun fikrincə, ölkə qonşularının müxtəlif dini və mədəni mənşələrə malik olması – məsələn, Rusiya, Gürcüstan və Türkiyə xristianlıq və müsəlmanlıq kəsişməsində yerləşir, İran və Ermənistan isə fərqli dini-mədəni təsirlərə malikdir. Bu, Azərbaycanın dialoq və əməkdaşlıq siyasətini daha da aktuallaşdırır:

“Məqsəd aydındır: bölgədə və dünyada sülh, barış və iqtisadi-mədəni əməkdaşlıq təşviq olunmalıdır; idman və digər yarışlar vasitəsilə rəqabət ruhu qorunmalı, lakin hərbi qarşıdurma və müharibələrə yol verilməməlidir. Hesabat bir daha göstərir ki, Azərbaycanın təhlükəsizlik strategiyası dövlət siyasətinin ayrılmaz hissəsidir. Ölkə ordusunu gücləndirir, terrorizm və digər təhlükələrə qarşı mübarizə üçün xüsusi xidmət orqanlarının və hüquq-mühafizə qurumlarının imkanlarını genişləndirir. Hərbi və hüquq-mühafizə personalı beynəlxalq standartlara uyğun təhsil alır, qabaqcıl akademiyalarda yüksək səviyyəli kurslarda iştirak edir. Bu, ölkənin həm maddi, həm də kadr potensialının gücləndirilməsi məqsədini daşıyır", - ekspert deyib.

H.Həsənli bildirib ki, bütün bunlar Azərbaycan dövlətinin uzunmüddətli, məqsədyönümlü siyasətinin nəticəsidir:

"Dövlət həm təhsil bazalarını, həm də elmi-mədəni infrastrukturunu genişləndirərək regionu dialoq və əməkdaşlıq məkanına çevirməyə çalışır. Belə yanaşma gələcəkdə yalnız Azərbaycanın deyil, bütün regionun və dünyanın təhlükəsizliyini təmin etmək üçün həyati əhəmiyyət daşıyır. Əks halda, dünya müharibələr, terror təhdidləri və dini radikalizmin artması ilə məhv olma təhlükəsi ilə üz-üzə qala bilər. Azərbaycanın siyasəti isə məhz bu fəlakətlərin qarşısını almağa yönəlib və ölkə qarşıya qoyulan bütün tapşırıqları mərhələli və qərarlı şəkildə həyata keçirir”.

Seçilən
27
hafta.az

1Mənbələr