AZ

Azərbaycanda bankların mənfəəti artıb

Bakı. Trend:

Azərbaycanın bank sektoru bu ilin yanvar-fevral aylarında 189,7milyon manat xalis mənfəət əldə edib.

TrendAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilineyni dövrü ilə müqayisədə 10,3 milyon manat və ya 5,7% çoxdur.

Eyni zamanda hesabat dövründə banklar 301,2 milyon manatməbləğində əməliyyat mənfəəti əldə ediblər. Bu isə ötən ilin eynidövrü ilə müqayisədə 26 milyon manat və ya 9,4% çoxdur.

Qeyd edilib ki, cari ilin 2 ayında banklar tərəfindən ümumilikdə47,7 milyon manat məbləğində mənfəət vergisi ödənilib.

Bu ilin fevralın 28-nə bankların kredit portfeli 0.5% və ya138,8 milyon manat artaraq 30 milyard 118,9 milyon manat olub.

Kredit portfelinin strukturu:

ı) biznes kreditləri – 53.3% (16,058 milyon manat); ıı) istehlakkreditləri – 31.4% (9 milyard 467,5 milyon manat) və ııı) ipotekakreditləri – 15.3% (4 milyard 593,4 milyon manat).

Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozitportfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 75.2%-i və ya 37milyard 290,6 milyon manat. Depozit portfelinin 54.8%-i (20 milyard425,4 milyon manat) hüquqi şəxslərin, 45.2%-i (16 milyard 865,3milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqlaməşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla)ibarətdir.

Məqalədə:
Seçilən
54
34
az.trend.az

10Mənbələr