AZ

Elektronu qadağan edildi, sadəsi bahalaşacaq?

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Elektron siqaretlərin qadağan edilməsi və ya istifadəsinin məhdudlaşdırılması ilə bağlı müzakirələr aktuallaşıb. Bu addımın ictimai sağlamlığın qorunmasına yönəldiyi bildirilsə də, qərarın bazara mümkün təsirləri də diqqət mərkəzindədir. Belə qərar bəzi istehlakçıların adi siqaretlərə yönəlməsinə səbəb ola bilər və bu da tütün məhsullarına olan tələbatın dəyişməsinə gətirib çıxara bilər. Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, mümkündür ki, elektron siqaretlərin məhdudlaşdırılması klassik siqaretlərə marağın və tələbin artmasına səbəb olsun. "Çünki vətəndaş günün sonunda nikotin tələbatını ödəyir və bunu ya elektron siqaret, ya da ənənəvi siqaret vasitəsilə edir. Bu, sadəcə olaraq, istifadə olunan metod fərqidir. İqtisadi baxımdan da bu məntiqlidir. Bir məhsulun satışında azalma baş verərsə, alternativ məhsula tələbatın artması gözləniləndir. Yəni bir növ azalarkən, digər növün artması bazar qanunlarına uyğun haldır. Lakin hökumətin elektron siqaretləri məhdudlaşdırmasının əsas səbəbləri var. Birincisi, bu məhsulların yayılma sürəti çox yüksəkdir. İkincisi, onların uzunmüddətli təsirləri tibbi baxımdan tam təsdiq olunmayıb. Üçüncüsü isə elektron siqaretlərin xüsusilə gənclər arasında populyar olması, müxtəlif dad variantları ilə asılılıq yaratma riskinin yüksək olmasıdır".Ekspert bildirib ki, bütün bunlar nəzərə alınaraq, ictimai sağlamlığın qorunması məqsədilə bu sahədə məhdudlaşdırıcı tədbirlərin tətbiqi qaçılmaz hesab olunub.Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
56
demokrat.az

1Mənbələr