Bakı. Trend:
Dünən Qərbi Kaspi Universitetində dövlət sifarişi əsasındatəhsil alan bir qrup tələbədən ödəniş tələb olunması ilə bağlıməlumat yayımlamışdı.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Trend-ə bildirib ki, dövlətsifarişi əsasında təhsil alan tələbələrdən hər hansı formada ödəniştələb olunması qanunvericiliyə ziddir.
Qeyd edilib ki, “Büdcə sistemi haqqında” Azərbaycan RespublikasıQanununun 19.5-ci maddəsinə əsasən, ilin sonunda istifadə olunmamışvə vahid xəzinə hesabına köçürülmüş vəsaitin geri qaytarılması Elmvə Təhsil Nazirliyinin səlahiyyətləri çərçivəsində mümkün deyil.Bildirilir ki, dövlət sifarişi əsasında təhsil alan tələbələrdənhər hansı formada ödəniş tələb olunması qanunvericiliyə ziddir.
Belə tələbələrin təhsil xərcləri dövlət büdcəsi hesabınaqarşılanır və bununla bağlı hər hansı maliyyə yükü tələbəninüzərinə qoyula bilməz: "Bu baxımdan, təhsil müəssisəsinin özəlstatusu dövlət sifarişi əsasında qəbul olunmuş tələbələrinmaliyyələşdirilməsi ilə bağlı dövlət tərəfindən müəyyən edilmişhüquqi rejimi dəyişmir. Təhsil müəssisəsinin daxili maliyyəplanlaşdırması, ayrılmış vəsaitin idarə olunması, yaxud ilin sonunaistifadə olunmamış vəsaitlə bağlı yaranmış hallar tələbələr üçünəlavə öhdəlik yaratmır. Universitet tərəfindən maliyyəməsələlərinin düzgün tənzimlənməməsinin nəticəsinə görə tələbəcavabdeh deyil".