AZ

“Trampın həmişə NATO ilə bağlı şikayətləri olub, indi də məqsədini başa düşmürük”

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

Avropa Birliyinin diplomatiya rəhbəri Kaya Kallas ABŞ Prezidenti Donald Trampın NATO müttəfiqlərinə qarşı Hörmüz boğazının açılmasında amerikalılara kömək etməməkdə ittihamlarını haqlı hesab etməyib.

Redaktor.az xəbər verir ki, bu barədə Kallas ETV-yə verdiyi açıqlamada bildirib.

Kallas qeyd edib ki, NATO ölkələrinə yardım üçün heç bir müraciət daxil olmayıb: “Bildiyim qədəri ilə NATO-ya heç bir müraciət olmayıb. NATO-nun köməyə gəlməməsi ilə bağlı ittihamlar əsaslı hesab edilə bilməz. Yenə də, həqiqi yardım istəklərinə əsaslanmayan iddialar irəli sürülür”.

O əlavə edib ki, Trampın həmişə NATO ilə bağlı şikayətləri olub və əvvəllər bu, alyans ölkələrinin müdafiəyə “çox az” sərmayə qoyması ilə bağlı idi. Kallas vurğulayıb ki, Avropa ölkələri müdafiə xərclərini artırdıqdan sonra Tramp yenidən şikayətlər edir, lakin onun ittihamlarının məqsədini hələ başa düşmür.

Diplomat bildirib: “Bir tərəfdən, onlar heç kimə ehtiyac duymadıqlarını deyirlər, digər tərəfdən isə, belə bir xahiş belə edilməyibsə, köməyə gəlmədiyimiz üçün bizi günahlandırırlar. Bu cür xahişlər media vasitəsilə göndərilmir”.

Kallas ABŞ-nin NATO-dan mümkün çıxması ilə bağlı vəziyyəti “mürəkkəb” adlandırıb və bildirib: “Bu, əsl iraddırmı və biz bunu düzəldə bilərikmi, yoxsa sadəcə çoxdan planlaşdırılan bir işi görmək üçün bir bəhanədirmi? Hər halda, bu, Amerika və ya onun müttəfiqlərindən heç birini daha güclü etməyəcək”.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
50
redaktor.az

10Mənbələr