AZ

Rusiya Yaxın Şərqdə sülhün əldə olunmasına töhfə verməyə hazırdır Peskov

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Yaxın Şərqdəki hərbi vəziyyətin mümkün qədər tez bir zamanda dinc məcraya keçməsini təmin etməyə töhfə verməyə hazırdır.

Redaktor.az xəbər verir ki, Peskov brifinqdə qeyd edib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının mənfi nəticələrini minimuma endirmək yalnız danışıqlar və dialoq yolu ilə mümkündür.

O əlavə edib ki, Rusiya-Ərəb sammiti bunun üçün “yaxşı platforma” ola bilər.

Peskov vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin bütün fikir ayrılıqlarının yalnız siyasi və diplomatik vasitələrlə həll edilməli olduğu fikrinin qəti tərəfdarıdır.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
redaktor.az

2Mənbələr