AZ

Neftçi ilə yaranan bəzi problemlərə görə, digər klublarla istədiyim şərtləri tam danışa bilmədim MÜSAHİBƏ

Sportal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Şəfa"nın müdafiəçisi İsmayıl Zülfüqarlı Sportal.az saytına müsahibə verib.

- "Şəfa" hazırda I Liqanın vahid lideridir. Milli komandalara görə də çempionata fasilə verilmişdi. Ümumiyyətlə, indiyə qədərki performansınızdan razısınız?

- Komandamızda böyük inam və motivasiya var. Bütün oyunlara çox ciddi hazırlaşırıq ki, hədəfimizə çataq. Bəzi oyunlarda rəqiblərin çox geri çəkilməsinə görə heç-heçələr etmişik. Ancaq bunlar da bizi həvəsdən salmır. Allah qoysa, qarşıdakı oyunlara ciddi hazırlaşıb, əlimizdən gələni edəcəyik.

- "Şəfa" hələ də məğlubiyyətsiz komanda kimi davam edir. Rəqibləri və gərgin mübarizəni nəzərə alsaq, sən mövsümün sonuna qədər məğlubiyyətsiz olacağınıza inanırsan? Komanda II Liqadan bu yana uduzmur...

- Biz hər oyuna qələbə üçün çıxırıq. Bunun üçün də çox çalışırıq. Allah qoysa, mövsümün sonuna qədər bu seriyanı davam etdirməyə çalışacağıq. Amma əsas məsələ çempion olmaqdır.

- Gözlənilən bu di iki, "Şəfa"nın çempionluq mübarizəsində əsas rəqibə "Səbail" olacaq. Sən özün nə düşünürdün və çempionluq mübarizəsində əsas rəqib kimi hansı komandanı görürsən?

- Ötən mövsüm Premyer Liqadan I Liqaya düşən komanda olduğu üçün "Səbail"dən gözləntilər böyükdür. Bu, hələ də davam edir. Mən də belə düşünürdüm. Ancaq hələ çempionat bitməyib deyə, "Səbaili" də rəqibimiz kimi görürəm.

- Premyer Liqada "Neftçi" və "Turan Tovuz"da oynamışdın. Bu mövsümü I Liqada keçirirsən. Şəxsi karyera baxımından bunu irəliləyiş, yoxsa karyeranda pauza kimi qiymətləndirirsən?

- Premyer Liqadan 100-dən çox oyun keçirmişəm və son mövsümdə də 30-dan çox oyuna çıxmışdım. Sadəcə "Neftçi" ilə yaranan bəzi problemlərə görə, digər klublarla istədiyim şərtləri tam olaraq danışa bilmədim. Ölkə xaricinə də ailəvi məsələlərə görə getmədim. "Şəfa"nın isə gələcəyə olan planlarını, strategiyasını bəyəndiyim və özümü də yenidən bərpa etməyim üçün bura gəldim. Düşünürəm ki, çox yaxşı geri dönəcəm.

- Növbəti turdakı rəqibiniz "Mingəçevir"dir. Onlar da yuxarı pillələr üçün oynayır. Bu komandaya səfərdə yenidən qalib gəlmək mümkün olacaq? Bu mövsüm Mingəçevirdə son dəqiqə qolu ilə 3:2 qazanmışdınız..

- "Mingəçevir" yaxşı və möhkəm komandadır. Özü də, evdə daha yaxşı oynayırlar. Bizim hədəfimiz qalib gəlmək olacaq. Bunun üçün də çalışacağıq. Allah qoysa, buna nail olarıq. Oyuna hazırlıqlarımız davam edir.

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
1
sportal.az

2Mənbələr