AZ

Nizami Kino Mərkəzi müdaxiləyə məruz qalıb - Araşdırma aparılır (FOTO)

Bakı.Trend:

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı vəBərpası üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının KinoAgentliyi (ARKA) Nizami Kino Mərkəzinin binasına edilən müdaxiləilə bağlı birgə bəyanat yayıb.

Trend birgəbəyanatı təqdim edir:

Aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventarnömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və yaşəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanınfasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələryazıblar.

Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Hazırdahadisənin hansı şəraitdə baş verdiyi və əməli törədənlərinşəxsiyyəti müəyyənləşdirilir.

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” AzərbaycanRespublikası Qanununun 10-cu maddəsinə əsasən abidələrin korlanmasıvə ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi,eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükəyaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiyaişlərinin və ya abadlaşdırma tədbirlərinin aparılmasıqadağandır.

Abidələrin qorunması haqqında Azərbaycan Respublikasıqanunvericiliyinin pozulması cinayət, inzibati, intizam və mülkiməsuliyyət yaradır.

Qeyd edək ki, Nizami Kino Mərkəzinin binası dövlət tərəfindənmühafizə edilən, paytaxtın memarlıq mənzərəsinə xüsusi görkəm verəntarixi abidələrdən biridir.

Hazırda tarixi abidəyə edilən müdaxilənin nəticələrinin aradanqaldırılması və binanın ilkin görkəminə qaytarılması istiqamətindətədbirlər görülür.

Bir daha bütün vətəndaşları tarixi irsimizə həssas yanaşmağaçağırır, abidələrin qorunması haqqında Azərbaycan Respublikasınınqanunvericiliyinə riayət olunmasını tələb edirik. Belə hallarlaqarşılaşan şəxslərdən isə dərhal qaynar xəttimizə (147-yə) məlumatvermələri xahiş olunur.

Nizami
Nizami
Nizami
Seçilən
55
30
az.trend.az

10Mənbələr