AZ

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün ən yaxşı oyunçuları açıqlanıb

Bakı, 2 aprel, AZƏRTAC

Azərbaycan Basketbol Liqasında (ABL) mövsümün ən yaxşı oyunçuları (MVP) müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, 20 turun nəticələrinə əsasən, A qrupunda “Sabah” klubunun üzvü Hassani Qravett, B qrupunda isə “Ordu” komandasının basketbolçusu Cermeyn Hed bu ada layiq görülüblər.

Xatırladaq ki, ABL-də mövsümə martın 31-də yekun vurulub. Müntəzəm çempionatı A qrupunda ilk üç sırada bitirmiş "Sabah", "Abşeron Lions", "Neftçi" klubları və B qrupunun birincisi "Ordu" birbaşa play-offa (1/4 final) vəsiqəni təmin ediblər.

Seçilən
5
azertag.az

1Mənbələr