AZ

Psixologiyada yeni problem: Toksik pozitivlik

Psixologiyada son dövrlərdə tez-tez müzakirə olunan “toksik pozitivlik” anlayışı insanların hər vəziyyətdə müsbət düşünməyə məcbur edilməsini ifadə edir. Bu yanaşma nəticəsində üzüntü, qəzəb və məyusluq kimi təbii emosiyalar bastırılır və qəbul edilmir.

 

Pravda.az bildirir ki, mütəxəssislərə görə, insan yalnız “yaxşı hisslərdən” ibarət deyil. Mənfi emosiyalara yer verilmədikdə, onlar yox olmur, əksinə başqa formalarda – məsələn, qəfil qəzəb partlayışları və ya sosial münasibətlərdə sərt davranış kimi geri qayıdır.

 

Araşdırmada vurğulanır ki, “hər şeyin bir səbəbi var” kimi ifadələr bəzən təsəlli vermək əvəzinə, insanın yaşadığı ağrını kiçiltmək və ya görməzdən gəlmək kimi qəbul edilə bilər. Bəzi emosiyalar isə dərhal izah edilə bilməz və sadəcə yaşanmalıdır.

 

Ekspertlər bildirir ki, həqiqi pozitivlik mənfi hissləri inkar etmir, əksinə onları da həyatın bir hissəsi kimi qəbul edir. Əsas məqsəd daim xoşbəxt görünmək deyil, emosional baxımdan dürüst olmaqdır.

 

Əminə Bayramova

Tarix: 2 Aprel 2026, 13:41   
Seçilən
18
pravda.az

1Mənbələr