AZ

Putindən Ermənistana açıq hədə! Yox cavabı Paşinyan üçün nə ilə nəticələnəcək?

ain.az, Sitat.info portalına istinadən məlumat yayır.

"Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Kremldə dünənki görüşündə ona qəti şəkildə “Ya Avropa İttifaqını, ya da Avrasiya İqtisadi İttifaqını seçməlisiz, ikisi bir arada mümkün deyil” xəbərdarlığını etdi. Putin vaxtilə eyni sözləri Ukraynanın keçmiş Prezidenti Viktor Yanukoviçə də demişdi, bunun nə ilə nəticələndiyi bəllidir, iki ölkə arasında müharibə beşinci ilinə keçib. Yəni Putin sanki Paşinyana da demək istədi ki, yanlış qərar versəz, bunun Ukrayna kimi Ermənistan üçün də ağır nəticələri olacaq".

Sitat.info xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Paşinyan dolayısı ilə Putinin tələbinə yox cavabı verib: "Paşinyanın Putinə cavabı bu oldu ki, Ermənistan hələ o mərhələyə çatmayıb ki, Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim etsin. Ümumiyyətlə iki liderin mətbuat qarşısında dünənki görüşü qarşılıqlı ittihamlar şəklində keçdi. Bu nadir hallarda baş verən hadisədir. Hər iki lider fikirlərini diplomaik tərzdə ifadə etməyə çalışsalar da, Paşinyan faktiki Putinin hər təklifinə mənfi cavab verdi".

Nigar,

Sitat.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
4
sitat.info

2Mənbələr