Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
ABŞ prezidenti Donald Trampın ölkəsinin Şimali Atlantika Müqaviləsi Təşkilatından (NATO) çıxma ehtimalı barədə söylədiyi sözlər müttəfiqlərdə narahatlıq doğurur.
Bizimyol.info xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas bildirib.
“Bu, çox mürəkkəb vəziyyətdir, çünki prezidentin sözləri şübhəsiz ki, böyük çəkiyə malikdir və onun düşüncə tərzini göstərir. ABŞ prezidentinin təsiri çox böyükdür, bu isə şübhəsiz ki, narahatedici siqnal hesab olunur. İndi əsas sual odur ki, bununla nə etmək lazımdır? Bu, real bir ittihamdır,” – deyə Kallas Estoniya milli televiziya-radio şirkəti ERR-ə açıqlamasında bildirib.
Avropa diplomatiyasının rəhbəri vurğulayıb ki, belə açıqlamalar həm Vaşinqtonu, həm də onun müttəfiqlərini gücləndirmir.
O, həmçinin qeyd edib ki, ABŞ NATO-dan İran əleyhinə hərbi əməliyyatda yardım tələb etməyib. “Mənim bildiyimə görə, NATO-ya heç bir müraciət olunmayıb. NATO-nun kömək etmədiyi iddiaları əsaslı hesab oluna bilməz,” – deyə Kallas əlavə edib.
Əvvəlki müsahibəsində Tramp "Reuters" agentliyinə bildirib ki, NATO-dan narazıdır və ABŞ-ın alyansdan çıxma imkanını nəzərdən keçirir. "The Daily Telegraph" qəzetinə verdiyi açıqlamada isə o, ABŞ-ın NATO-dakı iştirakını yenidən qiymətləndirməyi düşündüyünü, çünki alyansın İranla müharibədə Vaşinqtonu dəstəkləmədiyini söyləyib. Eyni müsahibədə Tramp NATO-nu “kağız pələngi” adlandırıb və alyansa heç vaxt xüsusi simpatiya duymadığını etiraf edib.
Qadir, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.